İrakli Ğaribaşvili - idmana əlavə olaraq ayrılan 20 milyon lari federasiyalara, əməkdar idmançıların, məşqçilərin və tibb işçilərinin təqaüdlərinin artırılmasına sərf olunacaq
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında idmana ayrılan vəsaitdən danışıb.
“İdman istiqamətinə əlavə olaraq 20 milyon lari ayıracağıq, bu vəsaitdən 15 milyon lari idman federasiyalarına, 5 milyon lari isə əməkdar idmançıların, məşqçilərin və tibb işçilərinin aylıq təqaüdlərinin artırılmasına yönəldiləcək”-deyə baş nazir açıqlayıb.