İrakli Ğaribaşvili - idxalçılar yanacağın qiymətini daha da aşağı salacaqlarına söz verdilər, lakin daha çox şəffaflığa ehtiyac var, vətəndaşlara onların hansı marjla işləməsi, qazanclarının nə qədər olması barədə məlumat verməliyik
İdxalçılar iyul və avqust aylarında yanacağın qiymətini 10-10 tetri ucuzlaşdırdıqlarına baxmayaraq, avqustun sonuna kimi ümumilikdə 20-30 tetri ucuzlaşdıracaqlarını vəd etdilər , lakin daha çox şəffaflığa ehtiyac var , – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında yanacağın qiymətləri barədə danışarkən bildirib.
Baş nazir , yanacağın qiyməti ilə bağlı məsələni şəxsən müşahidə etdiyini bildirib.
Bundan əlavə, hökumət başçısı Rəqabət Agentliyinə araşdırmaya başlamaq və idxalçıların öhdəliklərini necə yerinə yetirmələrini yoxlamaq üçün müraciət etdiyini bildirib.
“Mənim tapşırığımla iqtisadiyyat və maliyyə nazirləri yanacaq idxalçıları ilə görüşüblər. Biz Gürcüstanda yanacağın qiymətlərini fəal şəkildə müşahidə edirik, Rəqabət Agentliyinin rəhbərliyi ilə sıx koordinasiyadayıq. Bu səhər onlarla söhbət etdim. Larinin möhkəmlənməsinə, bazarda yanacağın qiymətinin aşağı salınmasına baxmayaraq, bizdə hələ də bunun müvafiq şəkildə əks olunmaması və proporsional azalmanın baş verməməsi hissi var . Bu səbəbdən yanacaq idxalçıları ilə fəaliyyəti gücləndirməliyik. Rəqabət Agentliyinə araşdırmaya başlamaq və idxalçıların öhdəliklərini necə yerinə yetirmələrini , rəqabət şərtlərini nə dərəcədə pozmadıqlarını və bu qaydalara əməl etmələrini, hər hansı səhlənkarlıqların olub-olmamasını yoxlamaq üçün tövsiyyə ilə müraciət etmişəm. Biz işləməyə davam edəcəyik. İdxalçılar iyul və avqust aylarında yanacağın qiymətini 10-10 tetri ucuzlaşdırdıqlarına baxmayaraq, avqustun sonuna kimi ümumilikdə 20-30 tetri ucuzlaşdıracaqlarını vəd etdilər , lakin daha çox şəffaflığa ehtiyac var. Biz vətəndaşlara onların hansı marjla işləməsi, qazanclarının nə qədər olması və s. barədə ətraflı məlumat verməliyik . Hökumət məsələn, larinin stabil olması üçün hər şeyi edir , milli valyuta son vaxtlar xeyli möhkəmlənib. Bu və digər amilləri nəzərə alaraq, idxalçıları hökumət və xalqımızla daha çox koordinasiya qurmağa çağırırıq. Biz bu məsələni müşahidə edəcəyik” – deyə baş nazir bildirib