İrakli Ğaribaşvili - Holokost təcrübəsi bizə istənilən hakimiyyətin, hər birimizin nifrət və dözümsüzlüyün bütün təzahürlərinə qarşı çıxmaq məsuliyyətini xatırladır
İrakli Ğaribaşvili - Holokost təcrübəsi bizə istənilən hakimiyyətin, hər birimizin nifrət və dözümsüzlüyün bütün təzahürlərinə qarşı çıxmaq məsuliyyətini xatırladır

 
Holokost təcrübəsi bizə istənilən hakimiyyətin, hər birimizin nifrət və dözümsüzlüyün bütün təzahürlərinə qarşı çıxmaq məsuliyyətini xatırladır- bu haqda Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır.

“Bu gün biz bəşər tarixinin ən böyük faciəsi olan Holokostu anırıq. Biz bir daha təsəvvür olunmaz qəddarlığın qurbanı olmuş milyonlarla günahsız insanın xatirəsini ehtiramla yad edir, möcüzəvi şəkildə sağ qalanlara xüsusi ehtiramımızı təsdiqləyirik.

Holokost təcrübəsi bizə dünya birliyinin, istənilən hakimiyyətin, hər birimizin nifrət və dözümsüzlüyün bütün təzahürlərinə qarşı çıxmaq, sülh, qarşılıqlı anlaşma və həmrəylik dünyasını birlikdə qurmaq məsuliyyətini daim xatırladır”-Ğaribaşvili yazır.