İrakli Ğaribaşvili - hökumətimiz bu gün ölkədə əmin-amanlığın, sabitliyin və yüksək iqtisadi artımın olmasını təmin etmək üçün hər şeyi edib
Hökumətimiz bu gün ölkədə əmin-amanlığın, sabitliyin və yüksək iqtisadi artımın olması üçün hər şeyi edib -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Milli Bankın prezidentinin fəaliyyətinin yekunlaşdırıcı tədbirində çıxışı zamanı açıqlayıb.
O, düzgün və effektiv addımlar nəticəsində 2021-ci ili ikirəqəmli iqtisadi artımla başa vura bildiklərini qeyd edib.
“Fürsətdən istifadə edərək, Gürcüstanın uğurlu iqtisadi siyasətini və maliyyə sisteminin nailiyyətlərini bir daha ümumiləşdirmək istərdim ki, bunda təbii ki, Koba Qvenetadzenin Milli Bankın prezidenti kimi öz töhfəsi var. Hökumətimiz bu gün ölkədə əmin-amanlığın, sabitliyin və yüksək iqtisadi artımın olması üçün hər şeyi edib. Pandemiya nəticəsində vurulmuş böyük itkiləri, sonra isə olduqca çətin olan geosiyasi reallığı xatırlayırsınız. Bu iki böyük problemə baxmayaraq, biz son iki ildə ikirəqəmli iqtisadi artım əldə etmişik.
Mən iki il əvvəl cənab Koba ilə necə tanış olduğumu qısaca xatırlamaq istərdim. Yadımdadır, ölkədə kəskin siyasi və iqtisadi böhran hökm sürürdü. Buna pandemiya, peyvənd çatışmazlığı əlavə olundu. Qarşılaşdığım vəziyyəti qısaca yada salacağam, demək olar ki, 10%-dək büdcə kəsiri var idi. Ölkənin borcu ÜDM-ə nisbətdə 60%-dən çox idi. Larinin məzənnəsi dollara nisbətən az qala 3,4 idi. İqtisadiyyatımız 6% azalmışdı. Peyvəndlərimiz yox idi, iqtisadiyyat tam qapanmış vəziyyətdə idi və buna siyasi böhran əlavə olundu. Belə bir vəziyyətdə iki il əvvəl cənab Koba ilə tanış oldum və ilk mənalı, uzun söhbətimiz və o vaxt Milli Bank rəhbərliyinin verdiyi proqnozlar, eləcə də hökumətdə aldığımız proqnozlar yadıma gəlir. Koordinasiyalı fəaliyyətimiz nəticəsində, hökumət tərəfindən atılan düzgün və səmərəli addımlar, eləcə də cənab Kobanın çox konstruktiv yanaşmaları nəticəsində, kifayət qədər səlahiyyətli insanların ölkəni defolt gözlədiyini hesab etməsi fonunda biz 2021-ci ili ikirəqəmli iqtisadi artımla başa vura bildik”-deyə Baş nazir açıqlayıb.