İrakli Qaribaşvili - hökumətimin “Qonşuluq Sülh Təşəbbüsü” əsasında Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Ermənistandan və Azərbaycandan olan dostlarımızı prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik
İrakli Qaribaşvili - hökumətimin “Qonşuluq Sülh Təşəbbüsü” əsasında Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Ermənistandan və Azərbaycandan olan dostlarımızı prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik

Hökumətimin “Qonşuluq Sülh Təşəbbüsü” əsasında biz Ermənistan və Azərbaycandan olan qonşularımızı və dostlarımızı bu prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik ki, nəhayət, Cənubi Qafqazda uzunmüddətli sülh bərqərar olsun”, – deyə o bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili BMT-nin 78-ci sessiyasının Ümumi Debatlarında çıxışı zamanı deyib.

Hökumət başçısının qeyd etdiyinə əsasən, Gürcüstan çoxölçülü regional mərkəzə çevrilir.

“Hökumətimin “Qonşuluq Sülh Təşəbbüsü” əsasında biz Ermənistandan və Azərbaycandan olan qonşularımızı və dostlarımızı bu prosesə cəlb etməyə hazır olduğumuzu bəyan edirik ki, nəhayət Cənubi Qafqazda uzunmüddətli sülh bərqərar olsun.
Əziz dostlar, Gürcüstan çoxölçülü regional mərkəzə çevrilir. Maliyyə sektorumuz dünya miqyasında tanınıb və biz beynəlxalq investorları cəlb edirik, iqtisadiyyatımıza əlavə kapital gətiririk. Biz həmçinin əlaqəni gücləndirmək, logistika və enerji sektorlarını uğurla inkişaf etdirmək üçün infrastrukturumuza investisiyaları prioritetləşdiririk. Biz Asiya ilə Avropa arasında mühüm əlaqələr yaratmaq üçün strateji nəqliyyat dəhlizlərini inkişaf etdiririk. Gürcüstanın müxtəlif beynəlxalq təşəbbüslərdə və infrastruktur layihələrində iştirakı bu əlaqəni gücləndirir və Qara dəniz regionunda ticarəti təşviq edir”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Şərqlə Qərb arasında əlaqəni gücləndirmək üçün Gürcüstan 2015-ci ildə “Tbilisi İpək Yolu Forumunu” təsis edib və bununla da yüksək səviyyəli siyasətçilər, işgüzar dairələr və icma liderləri arasında dialoq üçün beynəlxalq platforma yaradıb.

“Orta Dəhliz Şərqlə Qərbi birləşdirən təhlükəsiz və etibarlı marşrut kimi meydana çıxıb. Biz 2022-2027-ci illərdə maneələri aradan qaldırmaq və Orta Dəhlizi gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq. Sözügedən yol xəritələrində nəqliyyat-logistika infrastrukturunun inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin hazırlanması, dəhlizin rəqəmsallaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər nəzərdə tutulub.

Şərq-Qərb əlaqəsini gücləndirmək məqsədi ilə Gürcüstan 2015-ci ildə “Tbilisi İpək Yolu Forumunu” təsis etdi və bununla da yüksək səviyyəli siyasətçilər, işgüzar dairələr və icma liderləri arasında dialoq üçün beynəlxalq platforma yaratdı. Bu il oktyabrın 26-27-də “IV Tbilisi İpək Yolu Forumu” keçiriləcək və orada 2000-ə yaxın nümayəndə iştirak edəcək. Onların arasında 60-dan çox ölkədən yüksək vəzifəli məmurlar və işgüzar dairələrin nümayəndələri olacaq.

Gürcüstan mühüm infrastruktur layihələrini həyata keçirməyə başlayıb. Onların arasında dəmir yolunun modernləşdirilməsi layihəsi də var. Layihə başa çatdıqdan sonra 2024-cü ilin sonuna kimi sistemin tutumu iki dəfə artırılacaq”, – Baş nazir bəyan edib.