İrakli Ğaribaşvili - hökumətim azad bazar iqtisadiyyatı və demokratik institutlar ideyasına sadiq olan güclü Gürcüstana yönəlik baxışlara malikdir
Birləşmiş Ərəb Əmirlikləri innovasiya və tərəqqi kontekstində hər zaman aparıcı yer tutur və bu zirvə toplantısı ölkənin qlobal əməkdaşlığa yönəlik sarsılmaz sadiqliyinə işarədir – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Dubayda Dünyanın Hökumətləri zirvə toplantısında çıxışı zamanı açıqlayıb.
“Builki zirvə toplantısının mövzusu gələcək hökumətlərin formalaşdırılmasıdır və texnoloji, sosial və iqtisadi tərəqqinin yeni erası ərəfəsində xüsusilə aktualdır. Bugünkü toplantı daha yaxşı gələcək yaratmaq üçün sizin qarşınızda çıxış etmək imkanı verir. Hökumətim azad bazar iqtisadiyyatı və demokratik institutlar ideyasına sadiq olan güclü Gürcüstana yönəlik baxışlara malikdir. Bu, gürcü xalqının sabitliyini, davamlılığını və proqnozlaşdırıla bilənliyini təmin edən çoxölçülü yanaşmamızda da özünü göstərir.
Biz effektiv və səmərəli siyasət işləyib hazırlamışıq və baxışımız güclü addımları nəzərdə tutur, ağır geosiyasi vəziyyətə və qlobal iqtisadi imkanların azalmasına baxmayaraq, Gürcüstan iqtisadi sabitliyi qoruyub saxlaya bilib. Hökumətimiz ictimai aktivlərə investisiyaların artırılması məqsədilə milli səviyyədə çoxşaxəli səylərə başlayıb. Hökumətin güclü iqtisadi siyasəti, eləcə də iqtisadi aktivlərin artması səbəbilə 2022-ci ildə nəqliyyat və logistika, maliyyə xidmətləri, tikinti, enerji və xidmətlər, o cümlədən turizm sahəsində yüksək iqtisadi tendensiya davam etmişdir. 10,5% iqtisadi artımdan sonra 2022-ci ildə 10,1% artım qeydə alınıb. BVF-nin (Beynəlxalq Valyuta Fondunun) proqnozuna görə, 2023-2027-ci illərdə Gürcüstan region və Avropa ölkələri arasında ən yüksək artıma malik olacaq və bu, hər il orta hesabla 5% təşkil edəcək”- deyə İrakli Ğaribaşvili açıqlayıb.