İrakli Ğaribaşvili hökumət üzvləri, Tbilisi meri və Parlament çoxluğu ilə birlikdə aprelin 9-da həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etdi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili 9 aprel abidəsini əklil ilə bəzədi və həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etdi.
Memorialda hökumət başçısı ilə yanaşı, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, Nazirlər Kabinetinin və Parlamentin üzvləri oldular.