İrakli Ğaribaşvili heykəltəraş Quci Amaşukeli ilə görüşüb
İrakli Ğaribaşvili heykəltəraş Quci Amaşukeli ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Fransada yaşayan gürcü heykəltəraş Quci Amaşukeli ilə görüşüb.

Ötən ilin sentyabrında baş nazir İrakli Ğaribaşvili ABŞ-a səfəri zamanı, cildi məhz Fransada fəaliyyət göstərən Quci Amaşukeli tərəfindən hazırlanmış “Pələngdərisi geyinmiş pəhləvan”ın muzey nüsxəsini Birləşmiş Millətlər Təşkilatına hədiyyə olaraq təqdim etmişdi.

Milli əhəmiyyətli bu nadir sərvətin qabartma örtüyü gümüşdən hazırlanıb və 20 adda qiymətli daşdan istifadə olunub. Bu nüsxə Nyu-Yorkun ən mühüm yerlərindən birinə, BMT-nin baş qərargahına yerləşdirilib. Quci Amaşukeli tərəfindən yaradılmış heykəllər, simvolik əşyalar, medalyonlar, zinət əşyaları və ya mifoloji-dini mövzularda oyulmuş qızıl-gümüş əşyalar dünyanın məşhur muzeylərinin, qalereyalarının və şəxsi kolleksiyaçılarının mülkiyyətidir. Quci Amaşukeli tərəfindən yaradılan hər bir əşya unikaldır və təkrarsızdır.

Quci Amaşukeli “incəsənət ustası” kimi tanınıb, o, incəsənət sahəsində ən yüksək xidmətə görə rəsmi mükafata – Fəxri İncəsənət və Ədəbiyyat Kavaleri ordeninə layiq görülüb, Fransa Cəngavəri Ordeninin Kavaleri, “İncəsənət metri” titulunun sahibidir.

Əsərləri Vatikan, Luvr, Notr-Dam de Paris muzeylərində, Paris və Lionun dekorativ incəsənət, Nant, Mandetin muzeylərində və s. qorunur.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.