İrakli Ğaribaşvili - hər kəsdən, o cümlədən ən radikal, deqradasiyaya uğramış müxalifətdən xahiş etmək istərdim ki, insan ölümü ilə bağlı məsələlərdə spekulyasiya etmək tamamilə qəbuledilməzdir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili insan ölümü kimi məsələlərdə spekulyasiya etməyin qəbuledilməz olduğunu bildirib.
O, bu mövzuda spekulyasiya etməyin əxlaqsızlıq və mənəviyyatsızlıq olduğunu qeyd edib.
“Hər kəsdən, o cümlədən ən radikal, deqradasiyaya uğramış müxalifətdən xahiş etmək istərdim ki, insan ölümü, dahası sınaqlarla üzləşən, müharibədə olan bir insanın ölümü kimi məsələlərdə spekulyasiya etmək tamamilə əxlaqsızlıq, mənəviyyatsızlıq və riyakarlıqdır” -deyə İrakli Ğaribaşvili açıqlayıb.