İrakli Ğaribaşvili -hər bir abituriyentə milli imtahanların bütün mərhələlərində və seçdiyiniz yeni həyat yolunda uğurlar arzulayıram
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili abituriyentlərə müraciət edir və onlara uğurlar arzulayır.
Baş nazir Gürcüstan hökumətinin gələcəkdə də gənclər üçün daha keyfiyyətli təhsil almaq imkanına və təhlükəsiz gələcək yaratmağa qayğı göstərəcəyini bildirib.
Hökumət başçısı imtahan prosesinin yüksək səviyyədə təşkilini təmin edən hər kəsə təşəkkür edir.
“Əziz abituriyentlər, hər birinizə Vahid Milli İmtahanların bütün mərhələlərində və seçdiyiniz yeni həyat yolunda uğurlar arzulayıram. Əminəm ki, siz ölkəmizin inkişafında, tərəqqisində öz sözünüzü deyəcək, daha yaxşı gələcək yaratmaq üçün əldə etdiyiniz bilik və təcrübənizi əsirgəməyəcəksiniz.
Müasir dünyanın yeni çağırışları və getdikcə mütərəqqi tələbləri şəraitində məhz sizin kimi istedadlı, zəhmətkeş və məqsədyönlü gənclər ölkəmizin ümididir.
Bizim tərəfimizdən Gürcüstan hökuməti gələcəkdə də sizin üçün daha keyfiyyətli təhsil almaq imkanı və təhlükəsiz gələcək yaratmaq üçün qayğı göstərəcək.
Buradaca imtahan prosesinin yüksək səviyyədə təşkilini təmin edən hər kəsə, abituriyentlərin dinc və uyğun mühiti olması üçün səylərini əsirgəməyən hər kəsə öz təşəkkürümü bildirirəm. Həyatınızın bu mühüm mərhələsini ləyaqətlə keçdiyiniz üçün sizi əvvəlcədən təbrik edirəm”- deyə baş nazir İrakli Ğaribaşvili qeyd edib.
Vahid Milli İmtahanlar bu gün başlayıb və iyulun 26-da başa çatacaq. Vahid Milli İmtahanlarda iştirak etmək üçün 45 mindən çox abituriyent qeydiyyatdan keçib. Bu il bütün Gürcüstan miqyasında ümumilikdə 24 imtahan mərkəzi açılıb.