İrakli Ğaribaşvili - heç bir hüquqi və ya fiziki şəxsə sanksiyalardan yan keçmək üçün ərazimizdən istifadə etməyə icazə verməyəcəyik, bu bizim prinsipial mövqeyimizdir və buna yenidən baxılmayacaq
Heç bir hüquqi və ya fiziki şəxsə sanksiyalardan yan keçmək üçün ərazimizdən istifadə etməyə icazə verməyəcəyik, bu bizim prinsipial mövqeyimizdir və buna yenidən baxılmayacaq- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə tərəfdaşlarla çox sıx əməkdaşlıq qurur və koordinasiya aparırlar və bu məsələ ilə bağlı istənilən spekulyasiyanın sonlanmasını istəyir.
“Mən birmənalı və aydın şəkildə hökumətimizin, hakimiyyətimizin prinsipial mövqeyini ifadə etmək istəyirəm – Gürcüstan hakimiyyəti ölkə ərazisində sanksiyalaşdırılmış heç bir hüquqi və ya fərdi qanunsuz fəaliyyətə icazə verməyəcək”- deyə baş nazir bildirib.