İrakli Ğaribaşvili Hatay vilayətinə, Antakya şəhərinə getdi
İrakli Ğaribaşvili Hatay vilayətinə, Antakya şəhərinə getdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Ankaradan Hatay vilayətinə, Antakya şəhərinə yola düşdü.

Ankara Esenboğa Beynəlxalq Aeroportundan hökumət başçısını Ankara qubernatorunun müavini Murat Soylu, Ankara merinin səlahiyyətlərini icra edən Sercan Çiğqin, Ankara Jandarma Komandanlığının rəis müavini Uğur Urhan, Türkiyə Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Məsələlər Baş Direktoratının baş direktoru Gökhan Turan yola saldılar.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.