İrakli Ğaribaşvili - hamını, ilk növbədə isə, abxaz həmvətənlərimizi Abxaziya Günü münasibətilə təbrik edirəm, ərazi bütövlüyü bərpa edilənədək iqtidarımızın hədəflərindən biri qardaşlarımızı, abxaz xalqını geri qaytarmaqdır
Ümumi Gürcüstanın katolikos-patriarxı II İlianın xeyir-duası ilə biz mayın 23-də Gürcüstanda Abxaziya Gününü qeyd edəcəyik. Bu gün münasibətilə hamını, ilk növbədə, abxaz həmvətənlərimizi təbrik edirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin təbrikində deyilir.
O, “Gürcü Arzusu”nun siyasi komandasının abxaz qardaşlara yeni yanaşma – barışıq və etimadın bərpası siyasətini təklif etdiyini bildirib, çünki ölkənin ərazi bütövlüyü bərpa edilənədək iqtidarın hədəflərindən biri bir-birimizin etimadını qazanmaqdır.
“Gürcü Arzusu”nun siyasi komandası abxaz qardaşlarımıza yeni yanaşma – barışıq və etimadın bərpası siyasətini təklif etdi, çünki ölkənin ərazi bütövlüyü bərpa edilənədək iqtidarımızın əsas hədəflərindən biri bir-birimizin etimadını qazanmaq və qardaşlarımızı, abxaz xalqını geri qaytarmaqdır.
Bizim bir tariximiz və mədəniyyətimiz var, dəyərlərimiz və övladlarımız üçün daha yaxşı gələcək naminə can atmaq arzumuz birdir. Məhz bu, bizə ümid verir ki, qarşılıqlı hörmət və etimadın bərpası və dostluq bizi güclü, vahid, inkişaf etmiş və Avropa ölkəsinə çevirir.
Bir daha hamını Abxaziya Günü münasibətilə təbrik edirəm. Mən vətənimiz Gürcüstana sülh və inkişaf arzulayıram”- deyə Gürcüstanın Baş nazirinin təbrikində deyilir.