İrakli Ğaribaşvili - hakimlərə istənilən müdaxilə və ya nəsə təsir göstərilməsi qəbuledilməzdir, bütün hakimlərə tam dəstəyimi ifadə edirəm
İrakli Ğaribaşvili - hakimlərə istənilən müdaxilə və ya nəsə təsir göstərilməsi qəbuledilməzdir, bütün hakimlərə tam dəstəyimi ifadə edirəm

 

Bütün hakimlərə tam dəstəyimi ifadə edirəm, hakimiyyətimiz dövründə məhkəmə müstəqil və istənilən müdaxilədən azad oldu-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ali Məhkəmədə Ali Ədliyyə Şurasının üzvləri ilə görüşdən sonra açıqlayıb.

O, hakimlərə istənilən müdaxilə və ya nəsə təsirin göstərilməsinin qəbuledilməz olduğunu bildirib.

“İctimaiyyətə Nino Kadaqidze, hakimlər, Ali Ədliyyə Şurasının üzvləri ilə görüşüm olduğunu demək istərdim. Əsas mesajım belə idi və indi də belədir. Hökumət başçısı və hakim partiyanın nümayəndəsi olaraq bütün hakimlərə tam dəstəyimi ifadə edirəm, hakimiyyətimiz dövründə məhkəmə müstəqil oldu, istər daxili, istərsə də xarici ölkələrin müdaxilələrindən azad oldu. Təbii ki, hakimlərə istənilən müdaxilə və ya hər hansı təsir qəbuledilməzdir. Bu, bizim hamımız, üstəlik suveren ölkənin suveren məhkəməsi və hakimləri üçün qətiyyən qəbuledilməzdir. Hörmətli hakimlərə hərtərəfli dəstəyimizi təsdiqlədim. Məhkəmənin müstəqilliyini, məhkəmə azadlığını hər hansı müdaxilədən, təzyiqdən qorumaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Bu, bizim bəyan etdiyimiz siyasət və komandamız hakimiyyətə gəldikdən sonra uğrunda can atdığımız əsas hədəfdir”- deyə İrakli Ğaribaşvili açıqlayıb.