İrakli Ğaribaşvili - hakimiyyətimiz və Bidzina İvanişvili gəlməsəydi, bu gün ölkənin heç bir şansı olmazdı, Avropa İttifaqına inteqrasiya qalsın bir kənarda, ölkəmiz olmazdı
İrakli Ğaribaşvili - hakimiyyətimiz və Bidzina İvanişvili gəlməsəydi, bu gün ölkənin heç bir şansı olmazdı, Avropa İttifaqına inteqrasiya qalsın bir kənarda, ölkəmiz olmazdı

 

Burada həmçinin belə bir sual ünvanlandı ki, sən demə cənab İvanişvili buna qarşıdır və ölkənin Avropa İttifaqına inteqrasiyasına əsas maneədir. Mən hər kəsə xatırlatmaq istərdim – əgər cənab İvanişvili və hakimiyyətimiz gəlməsəydi, ölkəmizin bu gün şansı olmazdı, Avropa İttifaqına inteqrasiya qalsın bir kənarda, ölkəmiz olmazdı – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili interpelyasiya qaydası ilə dinlənildiyi parlamentdə bildirib.

Hökumət başçısının sözlərinə görə, “Milli Hərəkat” 2008-ci ilin müharibəsindən sonra sanksiyalar tətbiq etmək barədə düşünmək qalsın bir kənarda, əksinə müharibədən sonra Rusiya vətəndaşları üçün vizasız rejim açıb və strateji obyektləri rus dövlət şirkətlərinə satıb.

“Burada qalaraq ünvanladığı sualların cavabını dinləmək nəzakəti belə olmayan xanım Salome Samadaşviliyə demək istəyirəm ki, bizə 20 bəndlik, 5 bəndlik məktub verilməyib. Burada həmçinin belə bir sual ünvanlandı ki, sən demə cənab İvanişvili buna qarşıdır və ölkənin Avropa İttifaqına inteqrasiyasına əsas maneədir. Mən hər kəsə xatırlatmaq istərdim – əgər cənab İvanişvili və hakimiyyətimiz gəlməsəydi, ölkəmizin bu gün şansı olmazdı, Avropa İttifaqına inteqrasiya qalsın bir kənarda, ölkəmiz olmazdı. Hakimiyyətdə olduğunuz müddətdə yürütdüyünüz dövlət əleyhinə, görünməmiş siyasətiniz mənə bunu deməyə imkan verir. Saakaşvilinin dövründə siz əraziləri itirdiniz, rus ordusunu geri qaytardınız. Müharibədən sonra sanksiyalar tətbiq etmək barədə nəyinki düşündünüz və çalışdınız, əksinə müharibədən sonra Rusiya vətəndaşları üçün vizasız rejim açdınız, strateji obyektləri rus dövlət şirkətlərinə satdınız. Bu gün çıxaraq bizə Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməklə bağlı ağıl öyrədirsiniz. Sizə sual ünvanlamaq istərdim, bu sanksiyaların tətbiq olunması halında , Rusiyada yaşayan bir milyon insana və bu gün ölkədə yaşayan dörd milyon həmvətənlərimizə qarşı sanksiyalar tətbiq edilib-edilməməsi məsuliyyətini dərk etmisiniz mi? Sizdən və bir çox partiya yoldaşlarınızdan eşitdiyimiz etiraflar göstərdi ki, siz Ukraynaya silahların verilməsini, çarter reyslərinin açılmasını, yeni reabilitasiya olunmuş Su-25-lərimizin verilməsini tələb edirsiniz. Bütün bunlar ölkəni müharibəyə cəlb etmək adlı böyük siyasətə uyğundur”-deyə baş nazir bildirib.