İrakli Ğaribaşvili - hakimiyyət 12 tövsiyənin hamısının ən qısa müddətə yerinə yetirilməsində maksimal olaraq həvəslidir, müxalifəti işçi qruplarda iştirak etməyə çağırıram
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hakimiyyətin Avropa İttifaqının tövsiyələrinin ən qısa müddətə yerinə yetirilməsi üçün maksimal şəkildə iştirak etdiyini bildirib.
Baş nazir müxalifəti iqtidar komandası ilə birlikdə bəndlərin icrası ilə əlaqədar işçi qruplarında iştirak etməyə çağırıb.
“Gürcüstan 12 tövsiyənin hamısını yerinə yetirəcək. Bizim hakimiyyət 12 tövsiyənin hamısının ən qısa müddətə yerinə yetirilməsində maksimal olaraq həvəslidir, prosesdə iştirak edir. Mən bir daha müxalifəti parlamentdə yaradılmış işçi qruplarında iştirak etməyə çağırmaq istərdim. Birisigün mən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının dəvət olunduğu Praqada Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcəyəm. Orada da, təbii ki, mən eyni mesajı verəcəyəm, mesajım o olacaq ki, biz bu prosesdə fəal iştirak edirik, bütün qapılar müxalifət partiyalarının hamısının üzünə açıqdır və indi ən başlıcası onların iştirakını təmin etməkdir”-deyə İrakli Ğaribaşvili açıqlayıb.