İrakli Ğaribaşvili - qütbləşməyə son qoyulması birinci tövsiyədir, müxalifətlə əməkdaşlıq etmədən buna nail olmaq mümkün deyil, biz onlara da qapı açmağa, daimi dialoqa hər zaman hazırıq
İrakli Ğaribaşvili - qütbləşməyə son qoyulması birinci tövsiyədir, müxalifətlə əməkdaşlıq etmədən buna nail olmaq mümkün deyil, biz onlara da qapı açmağa, daimi dialoqa hər zaman hazırıq

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının tövsiyələrinin əksəriyyətinin artıq yerinə yetirildiyini və Gürcüstan parlamentinin hökumətlə birlikdə böyük iş gördüyünü bildirib.

Avstriyanın federal kansleri Karl Nehammerlə birgə brifinqdə İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, bu prosesdə müxalifətin də iştirakı zəruridir, çünki birinci tövsiyə qütbləşməyə son qoyulmasıdır və buna müxalifətlə əməkdaşlıq etmədən nail olmaq mümkün deyil.

“Biz cavab verməli olduğumuz müəyyən meyarlar və tələblər olduğunu olduqca yaxşı başa düşürük. Biz bunu yaxşı dərk etmişik, bu, bizim məsuliyyətimizdir. Bütün komandamız, iqtidar bu məsuliyyətlə, bu ruhla işləyir. Bizə təqdim olunan və Gürcüstana verilən tövsiyələri həyata keçiririk. İlk günlərdən biz bu mövzu üzərində aktiv işləməyə başladıq. Gürcüstan parlamenti bu istiqamətdə, bu yolda hökumətlə yanaşı, xeyli iş görüb. Tövsiyələrin əksəriyyəti artıq həyata keçirilib. Venesiya Komissiyasına göndərilən bəzi tövsiyələr qalıb. Təbii ki, burada müxalifətin də iştirakı zəruridir, çünki məsələn, qütbləşmənin sonlandırılmasını nəzərdə tutan birinci tövsiyəni müxalifətlə əməkdaşlıq etmədən yerinə yetirmək mümkün deyil, bununla əlaqədar bizim mövqeyimiz belədir – biz hər zaman onlara da qapı açmağa, daimi dialoqa hazır olmuşuq və hazırıq. Bu dialoq konstruktiv formatda olmalıdır” – deyə İrakli Ğaribaşvili açıqlayıb.