İrakli Ğaribaşvili - Gürcüstanla Ermənistan arasında ticarət əlaqələri inkişaf edir, ticarət dövriyyəsi bir milyard dolları ötüb
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasını keçirdik, iclasda ticarət, iqtisadiyyat və ümumilikdə münasibətlərlə bağlı mühüm məsələləri müzakirə etdik-bu haqda Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilim Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatında açıqlayıb.
Ğaribaşvilinin dediyi kimi, Gürcüstanla Ermənistan arasında ticarət əlaqələri inkişaf edir və o, ticarət dövriyyəsinin bir milyard dolları ötdüyünü qeyd edib.
“Ermənistan Gürcüstanın 6-cı ticarət tərəfdaşıdır. Həmçinin, 2-ci ixracatçı ölkədir, bu, əlbəttə ki, olduqca təqdirəlayiqdir. Bununla yanaşı ötən il Ermənistandan bizi bir milyona yaxın turist ziyarət edib ki, bu da ölkəmiz üçün, ölkə iqtisadiyyatının inkişafı üçün olduqca vacibdir”- deyə İrakli Ğaribaşvili açıqlayıb.