İrakli Ğaribaşvili - Gürcüstanla Azərbaycan arasında münasibətlər unikaldır, nümunəvi tərəfdaşlıqla daha sabit Cənubi Qafqazı təşviq edəcəyik, bu ümumi məqsədimizdir
İrakli Ğaribaşvili - Gürcüstanla Azərbaycan arasında münasibətlər unikaldır, nümunəvi tərəfdaşlıqla daha sabit Cənubi Qafqazı təşviq edəcəyik, bu ümumi məqsədimizdir

 

Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq və ən əsası dostluq münasibətləri mövcuddur-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Hökumət Administrasiyasında Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyanın iclasında açıqlayıb.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Gürcüstanla Azərbaycan arasında son illərdə və əsrlər boyunca sınanmış unikal münasibət mövcuddur.

“Güclü dostluq və mehriban qonşuluq münasibətlərimiz var. Bir neçə həftə əvvəl İlham Əliyevi qəbul etdiyimizə görə şadıq, bu, Gürcüstana çox vacib səfər idi. Cari strateji layihələri müzakirə etdik, bu gün haqqında danışmağa davam edəcəyimiz planlar qurduq.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, birgə komissiyanın iclasları son vaxtlar aktivləşib. Ötən il sözügedən komissiyada iştirak etmək şərəfinə nail oldum. Həmçinin onu da qeyd etmək istərdim ki, bu il biz rəmzi olaraq diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Xalqlarımız və ölkələrimiz arasında tam (qarşılıqlı) anlaşma, dostluq mövcuddur, bu əlaqələr getdikcə daha da möhkəmlənir. Qeyd etməliyəm ki, nümunəvi tərəfdaşlıqla daha sabit Cənubi Qafqazı təşviq edəcəyik. Daha çox iqtisadi inkişaf və xalqlarımız üçün daha çox rifah naminə sabit region görmək bizim ümumi istəyimiz, məqsədimizdirdir”- deyə Baş nazir açıqlayıb.