İrakli Qaribaşvili - Gürcüstanın təşəbbüsü ilə Avropa Birliyinin flaqman, Qara dəniz sualtı kabel tikintisi layihəsi həyata keçirilir
İrakli Qaribaşvili - Gürcüstanın təşəbbüsü ilə Avropa Birliyinin flaqman, Qara dəniz sualtı kabel tikintisi layihəsi həyata keçirilir

Hazırda, Gürcüstanın təşəbbüsü ilə Avropa Birliyinin flaqman layihəsi, Qara dəniz sualtı kabelinin tikintisi artıq həyata keçirilir – bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının 78-ci sessiyasının Ümumi Debatlarında çıxışı zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyinə əsasən, bu layihə Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə birləşdirəcək yüksək gərginlikli sualtı elektrik xəttinin tikintisini nəzərdə tutur.

“Bundan başqa, hazırda Gürcüstanın təşəbbüsü ilə Avropa İttifaqının flaqman, Qara dəniz sualtı kabel tikintisi layihəsi həyata keçirilir. Bu layihə Cənubi Qafqaz regionunu Cənub-Şərqi Avropa ilə birləşdirəcək yüksək gərginlikli sualtı elektrik ötürücü xəttinin tikintisini nəzərdə tutur. Layihənin həyata keçirilməsi Avropa və Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirəcək, bərpa olunan enerji mənbələrinin inkişafına kömək edəcək və bu iki region arasında tranzit üçün yeni imkanlar yaradacaq. Biz həm enerjiyə artan tələbatı, həm də iqlim dəyişikliyi ilə mübarizə ehtiyacını qəbul edirik; Biz su, külək, günəş və digər dayanıqlı mənbələrdən istifadə də daxil olmaqla, bərpa olunan enerji sahəsində yeni təşəbbüsləri fəal şəkildə həyata keçiririk. Məqsədimiz investorları cəlb etmək və ölkənin zəngin yaşıl enerji potensialından istifadə edən innovativ elektrik stansiyalarının yaradılması üçün əlverişli mühit yaratmaqdır. Bütün bu transformativ layihələr xalqımıza və regionumuza yeni iş yerləri, iqtisadi artım və rifah gətirəcək”, – deyə baş nazir bildirib.