İrakli Ğaribaşvili - Gürcüstanın tərəfindəyəm, ölkəmin maraqlarının müdafiəçisiyəm
İrakli Ğaribaşvili - Gürcüstanın tərəfindəyəm, ölkəmin maraqlarının müdafiəçisiyəm

 

Ukraynanın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik və müharibənin tezliklə başa çatması bizim arzumuzdur – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili jurnalistlərə açıqlayıb.

Jurnalistlərin Rusiya-Gürcüstan müharibəsində kimi dəstəkləməsi barədə sualına İrakli Ğaribaşvili cavabında Gürcüstanın tərəfində olduğunu bildirib.

“Gürcüstanın tərəfindəyəm, ölkəmin maraqlarının müdafiəçisiyəm və sağ olduğum müddət boyunca belə olacaq. Bu, bütün vətəndaşlarımızın borcu, arzusu olmalıdır. Biz ölkəni düşünməliyik, Gürcüstanı düşünməliyik. Beləliklə sakitləşin, mən ədalətin tərəfindəyəm, biz Ukraynanın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik və təbii ki, bu müharibənin tezliklə başa çatması bizim arzumuzdur”- deyə İrakli Ğaribaşvili açıqlayıb.