İrakli Ğaribaşvili - Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Avropa istəklərini dəstəklədiyinə görə Avstriyaya minnətdaram
Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Avropa istəklərini dəstəklədiyinə görə Avstriyaya minnətdaram – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avstriya Respublikasının federal kansleri Karl Nehammerlə görüşdən sonra “Twitter” sosial şəbəkəsində yazır.
Hökumət başçısı gələcək tərəfdaşlığın bütün formatlarda genişlənəcəyinə ümid edir.
“Avstriya Respublikasının federal kansleri Karl Nehammerlə fəal siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı çox maraqlı görüş keçirdim. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Avropa istəklərini dəstəklədiyinə görə Avstriyaya minnətdaram. Ümid edirəm ki, gələcək tərəfdaşlığımız bütün formatlarda genişlənəcək” – deyə baş nazir “Twitter” sosial şəbəkəsində yazır.