İrakli Ğaribaşvili Gürcüstanın Qazaxıstan Respublikasına yeni təyin olunmuş səfiri, Nikoloz Laliaşvili ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanın Qazaxıstan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, Nikoloz Laliaşvili ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan və Qazaxıstan Respublikası arasında əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirildi.
İrakli Ğaribaşvili Nikoloz Laliaşvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Öz növbəsində Nikoloz Laliaşvili bəyan edilmiş etimada görə baş nazirə təşəkkürünü bildirdi.
Nikoloz Laliaşvilinin dövlət qulluğunda uzun illər təcrübəsi var. O, müxtəlif vaxtlarda Gürcüstanın Müdafiə Nazirliyində, Milli Təhlükəsizlik Şurasında, Dövlət Təhlükəsizlik Nazirliyində və Birləşmiş Enerji Distribusiya Şirkətində işləmişdir.
Nikoloz Laliaşvili Gürcüstan Parlamentinin üzvü idi. Eləcə də, müxtəlif vaxtlarda “Studiya Maestronun” siyasi redaktoru, “Teleimedinin” baş direktorunun müavini və baş direktoru olmuşdur.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.