İrakli Ğaribaşvili Gürcüstanın Polşaya yeni təyin olunmuş səfiri ilə iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müzakirə edib
İrakli Ğaribaşvili Gürcüstanın Polşaya yeni təyin olunmuş səfiri ilə iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müzakirə edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Polşa Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Diana Jğenti ilə görüşüb.

Hökumət başçısı onu səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Diana Jğenti öz növbəsində Baş nazirə göstərdiyi etimada görə təşəkkür edib.

Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Polşa Respublikası arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Diana Jğenti Gürcüstanın Nyu-Yorkda baş konsulu vəzifəsini icra edirdi. O, həmçinin Gürcüstanın Niderland Krallığındakı səfirliyinin konsulluq xidmətinə rəhbərlik edib. Diana Jğentinin uzunmüddətli təcrübəsi var, o, Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.