İrakli Ğaribaşvili Gürcüstanın Norveçdəki yeni səfiri Zurab Beridze ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Norveç Krallığında yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Beridze ilə görüşüb.
Hökumət başçısı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Görüşdə Gürcüstan və Norveç Krallığı arasında artan dinamika ilə səciyyələnən sıx dostluq və tərəfdaşlıq münasibətlərinə toxunulub. İkitərəfli əlaqələrin siyasət, iqtisadiyyat, müdafiə, təhsil və mədəniyyət sahələri də daxil olmaqla, əməkdaşlığın geniş spektrini əhatə etdiyi qeyd olunub və bu əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümid edilib.
Zurab Beridzenin uzunmüddətli diplomatik təcrübəsi var, o, Gürcüstanın bir çox ölkələrdə fövqəladə və səlahiyyətli səfiri olub, bununla belə müxtəlif illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.