İrakli Ğaribaşvili Gürcüstanın Çexiyaya yeni təyin olunmuş səfiri ilə Gürcüstan və Çexiya arasında ikitərəfli münasibətləri müzakirə edib
İrakli Ğaribaşvili Gürcüstanın Çexiyaya yeni təyin olunmuş səfiri ilə Gürcüstan və Çexiya arasında ikitərəfli münasibətləri müzakirə edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Çexiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tea Maisuradze ilə görüşüb.

Baş nazir diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Gürcüstan və Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində dinamik inkişaf etdiyi qeyd edilib. İqtisadiyyat, energetika, turizm və təhsil sahələrində əməkdaşlıq vurğulanıb, bu əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümid ifadə olunub.

Tea Maisuradze 2009-cu ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyir. O, Gürcüstanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. İngilis, rus və alman dillərini bilir.