İrakli Ğaribaşvili Gürcüstanın Fransaya yeni təyin olunmuş səfiri ilə görüşdü
İrakli Ğaribaşvili Gürcüstanın Fransaya yeni təyin olunmuş səfiri ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanın Fransaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri, Qoça Cavaxişvili ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan və Fransa arasında mövcud münasibətlərin dinamikası və onun dərinləşdirilməsi perspektivləri nəzərdən keçirildi.

“İrakli Ğaribaşvili Qoça Cavaxişvilini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Qoça Cavaxişvilinin çoxillik diplomatik təcrübəsi var. O, Gürcüstanın Fransadakı səfirliyində Gürcüstanın fövqəladə və səlahiyyətli despanı idi.

Levili ata-yurdu və Şatonun Gürcüstana verilməsində Qoça Cavaxişvilinin böyük xidmətləri var. Fransanın Milli Şərəf ordeni və Akademik Palma ordeni ilə təltif edilmişdir”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.