İrakli Ğaribaşvili - Gürcüstanın dostu, Avropa Komissiyasının prezidenti ilə gözəl söhbətim var idi, təsdiq etdim ki gürcü millətinin seçimi olan Avropa yoluna sadiq qalırıq
İrakli Ğaribaşvili – Gürcüstanın dostu, Avropa Komissiyasının prezidenti Maroş Şevçoviş ilə gözəl söhbətim var idi, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili tvitter sosial şəbəkəsinin rəsmi səhifəsində yazır.
Hökumət başçısı qeyd edir ki, Gürcüstanın Avropa İttifaqına sadiqliyi bu yolda atılan hər bir addımda öz təsdiqini tapır.
“Mən ona bir daha təsdiq etdim ki, biz gürcü xalqının ən qədim seçimi olan Avropa yolumuza sadiq qalırıq. Gürcüstanın Avropa İttifaüına sadiqliyi onun atdığı hər bir addımla sübut olunur – istər kompleks islahatlar, istər Avropa İttifaqı siyasətinə uyğunluq, istərsə də Avropa İttifaqı standartlarının tətbiqi”, – baş nazir bəyan edir.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.