İrakli Ğaribaşvili Gürcüstanın Avropa Şurasına yeni təyin olunmuş səfiri, Tamar Taliaşvili ilə görüşdü
Gürcüstanın baş nazir, İrakli Ğaribaşvili Gürcüstanın Avropa Şurasına yeni təyin olunmuş səfiri, Tamar Taliaşvili ilə görüşdü.
Görüşdə müzakirələr zamanı Gürcüstanın Avropaya inteqrasiya perspektivinə və bu istiqamətdə gedən proseslərə toxunuldu.
Baş nazir Tamar Taliaşvilini Gürcüstanın Avropa Şurasındakı nümayəndəsi təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüş hökumət administrasiyasında keçirildi.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.