İrakli Ğaribaşvili - Gürcüstanın Avropa seçimi bizim alternativi olmayan qərarımızdır, bu bir tək hökumətimizin deyil, həm də xalqımızın seçimidir
Gürcüstanın Avropa seçimi bizim alternativi olmayan qərarımızdır və təbii ki, bu bir tək hökumətimizin deyil, həm də bizim gürcü xalqının seçimidir-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Avropa Günü”-nə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Baş nazirin sözlərinə görə, 2014-cü ildə tarixi sənəd – Assosiasiya Sazişi imzalanıb və bunu çox əhəmiyyətli, praktiki nəzərəçarpacaq nəticələr müşaiyət edib.
“Biz bir daha çağırışlara qoşuluruq, Ukraynaya və onun xalqına olan həmrəyliyimizi bir daha ifadə etmək və Ukraynaya, dost ölkəyə tezliklə sülhün bərqərar olmasını arzulamaq istəyirəm.
Gürcüstanın Avropa seçimi bizim alternativi olmayan qərarımızdır və təbii ki, bu bir tək hökumətimizin deyil, həm də bizim gürcü xalqının seçimidir.
2014-cü ildə biz tarixi sənədi, Assosiasiya Sazişini və Azad Ticarətə dair Sazişi imzaladıq və bunu vizasız rejimin tətbiqi kimi çox əhəmiyyətli, praktiki nəzərəçarpacaq nəticələr müşaiyət etdi.
Bildiyiniz üzrə, biz mart ayında Aİ-yə üzvlük üçün müraciətimizi artıq rəsmi şəkildə təqdim etmişik.
Bir daha qeyd etmək istərdim ki, təbii ki, Ukraynada müharibənin başa çatması bizim hamımız üçün böyük əhəmiyyət kəsb edir. Yenə təkrarlayıram- təbii ki, bu, bütün Avropa üçün, bütün Avropanın təhlükəsizliyi üçün çağırışdır və təbii ki, müharibənin nəticələri bütün dünya, o cümlədən bizim, Gürcüstan üçün qarşıdakı günləri müəyyən edəcək.
Müvafiq olaraq, müassir dünyanın bu gün Avropanın qarşısında duran bu çağırışa necə cavab verəcəyi çox vacibdir. Biz gürcüləri Avropa ilə ortaq dəyərlərimiz birləşdirir, bunlar fundamental dəyərlərdir və biz onlardan heç vaxt kənara çıxmayacağıq. Yaşasın Vahid Gürcüstan və bütün Avropa” – deyə baş nazir bildirib.