İrakli Ğaribaşvili Gürcüstanın Argentinaya yeni təyin olunmuş səfiri Qvaram Xandamişvili ilə görüşüb
İrakli Ğaribaşvili Gürcüstanın Argentinaya yeni təyin olunmuş səfiri Qvaram Xandamişvili ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Argentina Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qvaram Xandamişvili ilə görüşüb.

İrakli Ğaribaşvili diplomatı yeni vəzifəsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Gürcüstan və Argentina Respublikası arasında ikitərəfli münasibətlərin müsbət dinamikasına, o cümlədən siyasi, iqtisadi, təhsil, mədəniyyət və kənd təsərrüfatı istiqamətlərinə, gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.

Qvaram Xandamişvili çoxillik diplomatik təcrübəyə malikdir. O, illər ərzində Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, eləcə də Gürcüstanın xaricdəki diplomatik missiyalarında çalışıb. 2021-ci ilin avqustundan 2022-ci ilin dekabrına qədər o, Gürcüstanın BMT-dəki daimi nümayəndəsinin müavini olub.

2003-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Kommersiya və Marketinq fakültəsinin tam kursunu bitirib, 2005-ci ildə eyni universitetin maqistr akademik dərəcəsini alıb. Həmçinin, 2003-cü ildə Tbilisi Dövlət Universitetinin humanitar elmlər fakültəsinin hüquqşünas ixtisasını bitirib. 2017-ci ildə Beynəlxalq Təhsil Mərkəzinin maliyyə dəstəyilə təhsil aldığı Cons Hopkins Universitetində beynəlxalq dövlət siyasəti ixtisası üzrə magistr akademik dərəcəsinə layiq görülüb. Həyat yoldaşı və bir övladı var.