İrakli Ğaribaşvili - Gürcüstanda mövcud sabit və əlverişli biznes mühit Yaponiya üçün regionumuzda yeni bazar imkanları yaradır
İrakli Ğaribaşvili - Gürcüstanda mövcud sabit və əlverişli biznes mühit Yaponiya üçün regionumuzda yeni bazar imkanları yaradır

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Akihiko Tanaka ilə görüşünə münasibət bildirir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstanda mövcud sabit və əlverişli biznes mühit Yaponiya üçün regionumuzda yeni bazar imkanları yaradır.

İrakli Ğaribaşvili Gürcüstanda həyata keçirilən layihələri dəstəklədiyinə görə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür edib.

“Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Akihiko Tanaka ilə mövcud tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı məhsuldar söhbətim baş tutdu. Gürcüstanda həyata keçirilən layihələri dəstəklədiyi üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə minnətdaram.Gürcüstanda mövcud sabit və əlverişli biznes mühit Yaponiya üçün regionumuzda yeni bazar imkanları yaradır”-deyə İrakli Ğaribaşvili bildirib.