İrakli Ğaribaşvili - Gürcüstanda mövcud iqtisadi artım ölkədə və regionda sabitlik və rifahın olacağının ilkin şərtdir
İrakli Ğaribaşvili - Gürcüstanda mövcud iqtisadi artım ölkədə və regionda sabitlik və rifahın olacağının ilkin şərtdir

 

Gürcüstanda mövcud iqtisadi artım ölkədə və regionda sabitlik və rifahın olacağının ilkin şərtdir –bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter”də yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, Dünyanın Hökumətləri zirvə toplantısında iştirak zamanı mövcud çağırışların həlli istiqamətində Gürcüstanın siyasəti müzakirə olunub.

“Birləşmiş Ərəb Əmirliklərində Dünyanın Hökumətləri zirvə toplantısında iştirak etdim və Gürcüstanın mövcud çağırışların  həlli istiqamətində siyasətini müzakirə etdim. Həm də nailiyyətlərimizi və əsas prioritetlərimizi təqdim etdim. Gürcüstanda mövcud iqtisadi artım ölkədə və regionda sabitlik və rifahın olacağının ilkin şərtdir ” – deyə Baş nazir qeyd edir.