İrakli Ğaribaşvili - Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra biz Aİ-yə namizədlik yolunda irəliləmək üçün sıx şəkildə işləyəcəyik
İrakli Ğaribaşvili - Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra biz Aİ-yə namizədlik yolunda irəliləmək üçün sıx şəkildə işləyəcəyik

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa Şurasının prezidenti Şarl Mişellə görüşünə “Twitter” sosial şəbəkəsində münasibət bildirir.

Baş nazirin sözlərinə görə, Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra Gürcüstan Aİ-yə namizədlik yolunda ölkənin irəliləməsi üçün Avropa Şurası ilə sıx şəkildə işləyəcək.

“Avropa Şurasının prezidenti Şarl Mişellə çox yaxşı görüşüm oldu. Gürcüstana Avropa perspektivinin verilməsi qərarından sonra biz Aİ-yə namizədlik yolunda Gürcüstanın irəliləməsi üçün sıx şəkildə işləyəcəyik. Görüşdə Gürcüstan hökumətinin Avropa Komissiyası tərəfindən müəyyən edilmiş bütün prioritet istiqamətlər üzrə yorulmaz əməyə sadiqliyini bir daha qeyd etdim” –deyə İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində qeyd edir.