İrakli Ğaribaşvili - Gürcüstan vətəndaşları Aİ-yə vizasız gediş-gəlişdən istifadə edirlər ki, bu da cəmiyyətlərimiz və xalqlarımız arasında daha sıx əlaqələr yaratmaq üçün yaxşı fürsətdir
Ölkəmizin vətəndaşları Aİ məkanında vizasız gediş-gəlişdən yararlanırlar ki, bu da cəmiyyətlərimiz və xalqlarımız arasında sıx əlaqələr yaratmaq üçün çox yaxşı fürsətdir -deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Aİ üzvlüyünə namizəd ölkə statusunu qazanmaq üçün göndərilən müraciəti imzalayarkən bildirib.
Hökumət başçısının sözlərinə görə, Aİ ilə azad ticarət bizə dünyanın ən böyük bazarlarından birində tədricən iqtisadi inteqrasiyaya nail olmağa imkan verir.
Baş nazirin sözlərinə görə, Gürcüstanın Avropa standartlarına müvafiq şəkildə modernləşdirilməsi dönməzdir.
“Demokratiya, qanunun aliliyi, insan hüquqlarının qorunması, yaxşı idarəçilik artıq gündəlik həyatımızın bir hissəsidir. Biz ölkənin siyasi, iqtisadi və ya sosial həyatının bütün sahələrində Avropa norma və standartlarını fəal şəkildə yayırıq. Ölkəmizin vətəndaşları Aİ/Şengen zonasında vizasız gediş-gəlişdən istifadə edirlər ki, bu da cəmiyyətlərimiz və xalqlarımız arasında sıx əlaqələr yaratmaq üçün çox yaxşı fürsətdir. Avropa İttifaqı ilə azad ticarət bizə dünyanın ən böyük bazarlarından birinə tədricən iqtisadi inteqrasiyaya nail olmaq imkanı verir. Ölkənin Avropa standartlarına uyğun modernləşdirilməsi bir sıra sektorlarda dönməzdir” -deyə İrakli Ğaribaşvili bildirib.