İrakli Ğaribaşvili - Gürcüstan və Özbəkistan arasında dostluq əlaqələri daim inkişaf edir və Özbəkistanın Baş nazirinin bugünkü səfəri bunun təsdiqidir
İrakli Ğaribaşvili - Gürcüstan və Özbəkistan arasında dostluq əlaqələri daim inkişaf edir və Özbəkistanın Baş nazirinin bugünkü səfəri bunun təsdiqidir

 
Hörmətli həmkarım Abdulla Aripova bir daha təsdiq etmək istərdim ki, ölkələrimiz arasında daim inkişaf edən qardaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirirəm və Özbəkistanın Baş nazirinin bugünkü səfəri də bunun təsdiqidir-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Özbəkistanın Baş naziri Abdulla Aripovla təkbətək görüşündə bildirib.

“Əziz həmkarım, Özbəkistan Respublikasının Baş naziri cənab Abdulla Aripovu salamlayıram. Həmkarımı Tbilisidə qəbul etməyimə şadam. Özbəkistana uğurlu səfərim oldu. Mən həmkarımın olduqca səmimi qarşılamasını xatırlayıram və şadam ki, onun Gürcüstana cavab səfəri baş tutub. Mən cənab baş nazirə bir daha təsdiq etmək istərdim ki, ölkələrimiz arasındakı qardaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Bu əlaqələr daim inkişaf edir və Özbəkistanın Baş nazirinin bugünkü səfəri bunun təsdiqidir.

Həmçinin, fürsətdən istifadə edib prezident Şavkat Mirziyoyevi seçkilərdə qazandığı qələbə münasibətilə hökumətimiz və xalqımız adından təbrik etmək istəyirəm, Özbəkistana və özbək xalqına uğurlar arzulayıram.

Cənab baş nazir, əlaqələrimiz bütün istiqamətlərdə inkişaf edir; Bunu biz bu gün məhz geniş tərkibdə görüşdə müzakirə edəcəyik və bu gün biz həm də çox mühüm memorandum imzalayacağıq – Özbəkistan Respublikası ilə Gürcüstan arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün birgə praktiki tədbirlərin fəaliyyət planı, yol xəritəsi. Bir daha xoş gəlmisiniz, sizi görməyimə çox şadam”- deyə İrakli Ğaribaşvili açıqlayıb.

Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, təkbətək görüşdə iki ölkə arasında ikitərəfli dostluq münasibətləri və qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələr arasında siyasi dialoqun yüksək səviyyəsi və yüksək səviyyəli səfərlərin müsbət dinamikası vurğulanıb.

“Baş nazirlər təkbətək görüşdə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıqdan danışıblar. İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, 2021-2022-ci illərdə ikitərəfli ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunub, Gürcüstan Özbəkistan Respublikasını mühüm tərəfdaş hesab edir, investisiyaların cəlb edilməsi baxımdan əməkdaşlıqda maraqlıdır və özbək investorlarını Gürcüstanda müsbət qiymətləndirir.

Tərəflər iqtisadiyyat sahəsində mövcud əməkdaşlıq potensialından tam istifadə etməyə və ticarət əlaqələrinin dərinləşdirilməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Baş nazirlər təkbətək görüşdə Gürcüstanın tranzit potensialını, “Orta Dəhliz”in inkişafının vacibliyini də müzakirə ediblər və qeyd olunan nəqliyyat marşrutunun beynəlxalq formatda populyarlaşdırılmasının vacibliyini vurğulayıblar.

Gürcüstanın islahatlarının paylaşılması baxımından mövcud əməkdaşlığı müzakirə ediblər. İrakli Ğaribaşvili Gürcüstanın islahatlar sahəsində təcrübə mübadiləsi baxımından Özbəkistan Respublikası ilə gələcək əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib”- deyə hökumətin mətbuat xidmətinin məlumatında qeyd olunub.