İrakli Ğaribaşvili - Gürcüstan və Birləşmiş Krallıq arasında strateji əməkdaşlıq ölkəmizin suverenliyi və ərazi bütövlüyünə yönəlik sarsılmaz dəstəyi ehtiva edir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Consonla görüşünə “Twitter” sosial şəbəkəsində münasibət bildirir.
Hökumət başçısı, Gürcüstan və Birləşmiş Krallıq arasındakı strateji əməkdaşlığın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə yönəlik sarsılmaz dəstəyi ehtiva etdiyini qeyd edir.
” Şimali Atlantika Alyansının Madrid Sammiti çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Boris Consonla görüşdüm. Biz Gürcüstan və Birləşmiş Krallıq arasında suverenliyimizə və ərazi bütövlüyümüzə sarsılmaz dəstəyi, həmçinin Gürcüstanın dövlət qurumlarının gücləndirilməsini və demokratik inkişaf prosesində iştirakı ehtiva edən strateji əməkdaşlığa böyük əhəmiyyət veririk” – deyə İrakli Ğaribaşvili yazır.