İrakli Ğaribaşvili - Gürcüstan və Azərbaycan diqqəti əlaqələri möhkəmləndirməyə və iqtisadi artımı gücləndirməyə yönəldiblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə olduqca yaxşı görüşüm oldu, Gürcüstan və Azərbaycan diqqəti əlaqələri möhkəmləndirməyə və iqtisadi artımı gücləndirməyə yönəldiblər – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, iki ölkənin xalqının rifahı naminə Gürcüstan və Azərbaycan ticarət, energetika, davamlı və infrastruktur inkişafı sahələrində potensial birgə layihələrin müəyyənləşdirilməsi üzərində işləyirlər.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə olduqca yaxşı görüşüm oldu, Gürcüstan və Azərbaycan diqqəti əlaqələri möhkəmləndirməyə və iqtisadi artımı gücləndirməyə yönəldiblər.
Xalqımızın rifahı naminə Gürcüstan və Azərbaycan ticarət, energetika, davamlı və infrastruktur inkişafı sahələrində potensial birgə layihələrin müəyyənləşdirilməsi üzərində işləyirlər.
İlham Əliyevə Gürcüstanın regionda uzunmüddətli sülh və sabitlik istiqamətində dəstəyini təsdiqlədim”- İrakli Ğaribaşvili qeyd edir.