İrakli Ğaribaşvili - Gürcüstan vasitəsilə şərq-qərbi birləşdirici orta dəhliz beynəlxalq logistika daşımaları üçün getdikcə daha cəlbedici olur
Gürcüstan vasitəsilə şərq-qərbi birləşdirici orta dəhliz beynəlxalq logistika daşımaları üçün getdikcə daha cəlbedici olur, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “tvitter” sosial şəbəkəsində yazır.
Hökumət başçısının dediyinə görə, “Stena Line” şirkətinin baş direktoru ilə görüşdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdilərr.
“Stena Line” şirkətinin baş direktoru, Niklas Martenson ilə çox gözəl söhbətim oldu. Gürcüstan vasitəsilə şərq-qərbi birləşdirici orta dəhliz beynəlxalq logistika daşımaları üçün getdikcə daha cəlbedici olur. Görüşdə Gürcüstan limanları vasitəsilə yüklərin beynəlxalq dəniz daşımalarının təşviqi üzrə gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdik”, – Ğaribaşvili yazır.