İrakli Ğaribaşvili - Gürcüstan, Təhsil Nazirliyi və İctimai Yayımçının səyləri ilə dünyada tədris planına əsaslanan televiziya proqramlarını tətbiq edənlər arasında birincidir
İrakli Ğaribaşvili - Gürcüstan, Təhsil Nazirliyi və İctimai Yayımçının səyləri ilə dünyada tədris planına əsaslanan televiziya proqramlarını tətbiq edənlər arasında birincidir

 

Gürcüstan, Təhsil Nazirliyi və İctimai Yayımçının səyləri ilə dünyada tədris planına əsaslanan televiziya proqramlarını tətbiq edənlər arasında birincidir- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən təhsilin transformasiyası sammitində çıxışı zamanı bildirib.

Hökumət başçısı bildirib ki, pandemiyanın ilk günlərində Gürcüstan təhsil sisteminin distant təhsil rejimində işləməsini uğurla həyata keçirib, təhsilin bütün pillələrində tələbə və müəllimlər üçün bir sıra pulsuz və əlçatan onlayn və yayımçılıq mexanizmləri tətbiq edilib.

“Dostlar, aydındır ki, pandemiya bütün dünya liderlərini təhsilə yenidən baxmağa və BMT-nin heç kimin sistemdən kənarda qalmaması prinsipini müdafiə etmək üçün səfərbər olmağa məcbur edib. Pandemiyanın ilk günlərində Gürcüstan təhsil sisteminin distant təhsil rejimində işləməsini uğurla həyata keçirib, təhsilin bütün pillələrində tələbə və müəllimlər üçün bir sıra pulsuz və əlçatan onlayn və yayımçılıq mexanizmləri tətbiq edilib. Böhran əslində innovativ həllərin artmasına səbəb oldu. Gürcüstan, Təhsil Nazirliyi və İctimai Yayımçının səyləri ilə dünyada tədris planına əsaslanan televiziya proqramlarını tətbiq edənlər arasında birincidir. Proqramların məşhurluğu artır və bütövlükdə cəmiyyətimizin ən yaxşı maraqlarına xidmət edir. Qürur hissi ilə bildirmək istərdim ki, Gürcüstanın distant təhsilin tətbiqi üzrə səyləri və uğurları beynəlxalq ictimaiyyət tərəfindən tanınıb”-deyə Gürcüstanın baş naziri qeyd edib.