İrakli Ğaribaşvili - Gürcüstan-Rumıniya tərəfdaşlığının ümumi maraq doğuran bir çox istiqamətlərdə dərinləşəcəyinə əminəm
İrakli Ğaribaşvili - Gürcüstan-Rumıniya tərəfdaşlığının ümumi maraq doğuran bir çox istiqamətlərdə dərinləşəcəyinə əminəm

 

Gürcüstanın Baş naziri “Twitter” sosial şəbəkəsində Rumıniyanın Baş naziri Nikolae-Chuka ilə görüşünə münasibət bildirib.

Baş nazir görüşdə regional layihələrin əhəmiyyətinin və Qara dənizin artan rolunun müzakirə olunduğunu bildirib.

“Rumıniyanın Baş naziri Nikolae Chuka ilə səmərəli söhbətim oldu. Görüşdə regional layihələrin əhəmiyyətinə və Qara dənizin artan roluna diqqət yetirdik. Rumıniyaya Gürcüstanın Avropa istəklərini dəstəklədiyinə görə minnətdaram və Gürcüstan-Rumıniya tərəfdaşlığının ümumi maraq doğuran bir çox istiqamətlərdə dərinləşəcəyinə əminəm”- deyə İrakli Ğaribaşvili yazır.