İrakli Ğaribaşvili - Gürcüstan prokurorluğunun rəhbərliyini, hər bir prokuroru, müstəntiqi, bütün əməkdaşları prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edirik
Gürcüstan prokurorluğunun rəhbərliyini, hər bir prokuroru, müstəntiqi, bütün əməkdaşları prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısı müstəqil, yüksək peşəkarlığa malik, effektiv prokurorluğun hər bir vətəndaşın təhlükəsizliyinin təminatı və beləliklə, demokratik dövlətin ən mühüm təməl daşı olduğunu bildirib.
“Mən fəxr edirəm ki, bizim prokurorluq məhz belə müasir, hesabatlı, Avropa standartlarına cavab verən dövlət institutuna çevrilib.
Ölkənin sabitliyinin və qanunun aliliyinin təmin edilməsi istiqamətində gördüyünüz böyük işə görə sizə təşəkkür edir, uğurlarınızın davamlı olmasını arzulayıram” – deyə Baş nazir qeyd edib.