İrakli Ğaribaşvili - Gürcüstan parlamentinə və onlayn kazinolarla bağlı təşəbbüsümü dəstəkləyən hər bir vətəndaşa təşəkkür etmək istəyirəm
İrakli Ğaribaşvili - Gürcüstan parlamentinə və onlayn kazinolarla bağlı təşəbbüsümü dəstəkləyən hər bir vətəndaşa təşəkkür etmək istəyirəm

Gürcüstan parlamentinə və onlayn kazinolarla bağlı təşəbbüsümü dəstəkləyən hər bir vətəndaşa təşəkkür etmək istərdim, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.

Ğaribaşvilinin qeyd etdiyi kimi, onlayn kazinolar əhalinin ən böyük problemlərindən biri olub.

“Bir çox insanlar – azyaşlılar, gənclər, sosial cəhətdən həssas insanlar onlayn oyunlara aludə olublar. Hər il əhalimizin pulu – 1,5 milyard lari onlayn kazinolarda xərclənirdi.

Onlayn qumar biznesi üçün daha sərt qaydalar martın 1-dən qüvvəyə minib. Bu gündən etibarən qumar oyunlarının reklamı qadağan edilib. Onlayn oyunlara əlçatanlıq məhdudlaşdırılıb və onlayn kazinolardan artıq yaşı 25-dən az olan Gürcüstan vətəndaşları, sosial cəhətdən həssas şəxslər, dövlət məmurları və qadağan olunmuş şəxslər siyahısına daxil edilmiş şəxslər istifadə edə bilməz. Ümumilikdə məhdudiyyətlər bir milyona qədər vətəndaşı əhatə edəcək. Provayderlərə istehlakçılar tərəfindən xarici qumar bizneslərinin xeyrinə ödənişlər etmək də qadağan edilib.

Mən bir daha Gürcüstan parlamentinə və mənim təşəbbüsümü dəstəkləyən hər bir vətəndaşa təşəkkür etmək istəyirəm”, – İrakli Ğaribaşvili bildirib.