İrakli Qaribaşvili - Gürcüstan müharibə və sülhün dəyərini yaxşı başa düşür, 2012-ci ildən hökumətimiz sülh və sabitliyin davamlı onilliyini qoruyub saxlayır
Gürcüstan müharibənin və sülhün dəyərini yaxşı başa düşür. 2012-ci ildən hökumətimiz davamlı sülh və sabitlik onilliyi yaradıb və qoruyub saxlayır – Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının 78-ci sessiyasının Ümumi Debatlarında çıxışı zamanı bildirib.
Hökumət başçısı beynəlxalq ictimaiyyətə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə təşəkkür edib.
“Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyətə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildirmək istərdim. Dincliyi təmin etmək üçün beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasını “Cenevrə Beynəlxalq Danışıqlarına” qoşulmağa və Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci ildə imzalanmış atəşkəs sazişini həyata keçirməyə inandırmağa çağırıram”, – Baş nazir bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev