İrakli Ğaribaşvili - Gürcüstan Çinlə dostluğu yüksək qiymətləndirir, münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltmək qərarına görə minnətdaram
İrakli Ğaribaşvili - Gürcüstan Çinlə dostluğu yüksək qiymətləndirir, münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltmək qərarına görə minnətdaram

Gürcüstan Çinlə dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir və mən sizin münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltmək qərarınıza görə minnətdaram və inanıram ki, bu, hər iki tərəfə konkret nəticələr və faydalar gətirəcək-Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çin Xalq Respublikasının Prezidenti cənab Si Dzinpin ilə görüşdə bu sözləri söyləyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan Çinlə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi ideyasına sadiqdir.

“Cənab Prezident, bu gün Sizinlə görüşməkdən böyük şərəf və məmnunluq duyuram. Bu, mənim üçün tarixi bir səfərdir. Mən şəxsən sizə çox minnətdaram. Çinə dəvətə görə çox fəxr edirəm və son dərəcə minnətdaram. Mən eləcə də 2023-cü ildə Çinin Çenqdu şəhərində Dünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak etməkdən çox məmnunam. Buna görə də sizə bir daha təşəkkür edirəm. Mən bu dəvəti çox yüksək qiymətləndirirəm. Cənab Prezident, ölkəmi dəstəklədiyiniz üçün Sizə və hökumətinizə də minnətdaram. Çin Gürcüstanın müstəqilliyini 1992-ci ildə, biz müstəqillik əldə etdiyimiz zaman ilk tanıyanlardan biri olub. Sonra iki ölkə arasında diplomatik əlaqələr qurduq. Vurğulamaq istərdim ki, Gürcüstan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir. Biz bu mövqeyi dəfələrlə vurğulamışıq və bundan sonra da vurğulayacağıq. Gürcüstan Çinlə dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir və mən sizin münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltmək qərarınıza görə minnətdaram və inanıram ki, bu, hər iki tərəfə konkret nəticələr və fayda gətirəcək. Bir daha qeyd edim ki, Gürcüstan Çinlə bir çox istiqamətlərdə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi ideyasına sadiqdir və biz bu səfər çərçivəsində mühüm sənədlərin imzalanmasına şadıq. Bir daha çox sağ olun”, – deyə baş nazir bildirib.