İrakli Ğaribaşvili - Gürcüstan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan etməkdən qürur duyuram
Baş nazir İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Çin Xalq Respublikasının Prezidenti Si Dzinpinlə görüşünə münasibət bildirib.
“Çin Xalq Respublikasına tarixi səfər çərçivəsində Gürcüstan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini elan etməkdən qürur duyuram. Çin Xalq Respublikasının Prezidenti Si Dzinpinlə görüşdən sonra əminəm ki, bu əlamətdar hadisə bizə tərəfdaşlığımızı gücləndirməyə və mövcud imkanları tam şəkildə reallaşdırmağa imkan verəcək” – baş nazir yazıb.