İrakli Ğaribaşvili - Gürcüstan iqtisadiyyatını daha da gücləndirmək, daha çox iş yeri açmaq və yoxsulluğu məğlub etmək üçün biznesə dəstəyi fəal şəkildə davam etdirəcəyik
Bizim daha da iddialı planlarımız var, önümüzdəki illərdə bir tək “Gürcüstanda İstehsal Et” çərçivəsində ümumilikdə 2,5 milyard lari sərmayə qoymağı planlaşdırırıq, bu hökumətlə biznesin birgə sərmayəsi olacaq-deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili dövlət dəstəyi ilə həyata keçirilən biznes layihələrin interaktiv xəritəsinin təqdimat mərasimində bildirib.
Baş nazirin sözlərinə görə, 100 min yeni iş yeri açılacaq və 1300 -ə qədər yeni müəssisə maliyyələşdiriləcək.
“Kənd təsərrüfatına gəlincə, bu istiqamətdə də çox iddialı planlarımız var. Önümüzdəki illərdə ümumilikdə 7 milyard lari sərmayə qoyulması planlaşdırılır. Təbii ki, burada da minlərlə yeni iş yerinin yaradılması müəyyən olunub. İqtisadiyyat naziri, xanım Natia Turnavaya, cənab Levan Davitaşviliyə, ilk günlərdən bu proqramların hazırlanmasında əməyi keçən bütün insanlara bir daha təşəkkür etmək istəyirəm. Gürcüstan iqtisadiyyatını daha da gücləndirmək, daha çox iş yeri açmaq və ən əsası yoxsulluğu məğlub etmək üçün biznesə fəal dəstək verməyə davam edəcəyik. Bizim əsas qayğımız bu olmalıdır” -deyə baş nazir bildirib.