İrakli Ğaribaşvili - Gürcüstan qanunun aliliyi indeksi ilə qeyd-şərtsiz liderdir
Gürcüstan qanunun aliliyi indeksi ilə qeyd-şərtsiz liderdir. Regionda 14 ölkə arasında birinci yerdədir – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə, hökumətin fəaliyyətinə dair illik hesabatın təqdimatı zamanı açıqlayıb.
“Bizim üçlükdə, Assosiativ Üçlükdə qeyd-şərtsiz lider olduğumuzu hamımız yaxşı bilirik. Dünya ədalət mühakiməsi layihəsi qanunun aliliyi indeksi, Gürcüstan – qlobal reytinq – dünyada 49-cu yer, regional reytinq – 14 ölkə arasında birinci yer. Mənə maraqlıdır görəsən Ukraynanın neçənci yerdə olduğunu bilirsinizmi ? qlobal reytinqdə – 74-cü, regional reytinqdə isə 14 ölkə arasında yeddinci yer. Dostlar, biz birinci yerdəyik . Moldova dünyada qlobal reytinqdə- 73-cü, regional reytinqdə isə altıncı yerdədir. Burada da, yəni ədalət mühakiməsi layihəsi qanunun aliliyi indeksi ilə Gürcüstan qeyd-şərtsiz liderdir. Regionun 14 ölkəsi arasında birinci yerdədir” -deyə İrakli Ğaribaşvili açıqlayıb.