İrakli Ğaribaşvili - Gürcüstan dördüncü sənaye inqilabının təbii mərkəzi olaraq mövqelənib, bu imkanı reallaşdırmaq üçün biz effektiv tənzimləmələri inkişaf etdirməyə və güclü tərəfdaşlar cəlb etməyə hazırıq
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Binance kriptovalyuta birjasının təsisçisi və baş icraçı direktoru Chanqpenq Jao ilə görüşə münasibət bildirir.
Baş nazir “Twitter”də yazır ki, Gürcüstan dördüncü sənaye inqilabının təbii mərkəzi olaraq mövqelənib və bu imkanı tam şəkildə reallaşdırmaq məqsədilə Gürcüstan hökuməti effektiv tənzimləmələri inkişaf etdirməyə və güclü tərəfdaşlar cəlb etməyə hazırdır.
“Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu və baş icraçı direktoru Chanqpenq Jao ilə çox maraqlı görüş keçirdim. “Blockchain”, yeni internet və kriptovalyuta məsələlərini müzakirə etdik. Gürcüstan dördüncü sənaye inqilabının təbii mərkəzi olaraq mövqelənib. Bu imkanı reallaşdırmaq üçün biz effektiv tənzimləmələri inkişaf etdirməyə, eləcə də güclü tərəfdaşlar cəlb etməyə hazırıq”-deyə Baş nazir İrakli Ğaribaşvili yazır.