İrakli Ğaribaşvili - Gürcüstan Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününü regional və beynəlxalq lider mövqeləri ilə qarşılayır
Gürcüstan Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününü regional və beynəlxalq lider mövqeyi ilə qarşılayır. Bu il biz korrupsiyaya qarşı mübarizə istiqamətində səylərimizi daha da gücləndirmişik, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə rəy bildirdiyi bəyanatında deyilir.
Baş nazirin sözlərinə görə, ən vacibi korrupsiyanın qarşısının alınması ilə bağlı bütün funksiyaları bir çətir altında birləşdirən müstəqil, yüksək hesabatlı korrupsiyaya qarşı mübarizə bürosunun yaradılması idi.
“Bizim səylərimizin gözlə görünən nəticələri aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətə layiqdir: World Justice Project-in bu ilki “Qanunun aliliyi indeksi”ndə, korrupsiyadan azad olmaq kimi aparıcı amildə Gürcüstan dünyada 33-cü yerdə qərarlaşıb. Avropada ilk 20, Şərqi Avropa və Mərkəzi Asiya regionunda isə birinci yeri tutdu.
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, korrupsiyaya nəzarət reytinqində Gürcüstan dünyada 20-ci, Avropada 11-ci, postsovet ölkələri arasında isə bir çox Avropa İttifaqı və NATO üzvü olan dövlətləri qabaqlayaraq ikinci yeri tutur.
Gürcüstan Transparency İnternational təşkilatının “Korrupsiyanı dərk etmə İndeksi”ndə 180 ölkə arasında 41-ci yerdədir və regionda liderdir.
Şəffaflıq, hesabat öhdəliyi və etik idarəetmənin gücləndirilməsi və korrupsiyasız cəmiyyətin qurulması bizim üçün prioritet olaraq qalır”, – Baş nazirin bəyanatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev